Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynada yeni vəzifəyə təyin olunub.
Ukrayna KİV-i xəbər verir ki, o, prezident Vladimir Zelenskinin sədrlik etdiyi İslahatlar üzrə Milli Şuranın katibi təyin olunub. Saakaşviliyə Nazirlər Kabinetinin iclaslarına qatılmaq səlahiyyəti də veriləcək.
Qərara rəsmi Tbilisinin reaksiyası hələ açıqlanmayıb.