10 C
Baku
Wednesday, December 11, 2024

Mixaylo Podolyak: “Taxıl dəhlizi” Rusiyasız səmərəli işləyir və 8 milyon tondan çox yük daşınıb”

“Ukraynanın cənub sahilindən “Taxıl dəhlizi” işini bərpa edib və hazırda səmərəli qaydada işləyir”.

Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.

Onun sözlərinə görə, Rusiya ilə heç bir razılaşma olmadan artıq 8 milyon tondan çox yük daşınıb: “Eyni şəkildə, Krımın alınmaz qala kimi effektiv şəkildə müdafiə olunduğu barədə hekayənin də doğru olmadığı ortaya çıxıb. Biz il boyu Krımda bütün hərbi və tranzit dəhlizlərə, logistika mərkəzlərinə və hərbi bazalara təsirli zərbələr endirdik. Düşünürəm ki, bu, davam edəcək”.

Müşavir söyləyib ki, bu, Rusiya ilə müharibədə cənub istiqamətində Ukraynanın strateji uğurudur: “Bu onu göstərir ki, Rusiya çoxlarının düşündüyü qədər güclü deyil. Düzgün texnoloji həllər var və bu, hazırda üzərində işlədiyimiz məsələlərdir. Hərbi istehsalın və hərbi təchizatın miqyasını artırmaq üçün düzgün texnoloji həllər daha çox nəticələr əldə etməyə imkan verəcək”.

M. Podolyak deyib ki, “Taxıl dəhlizi”nin işləməsi baxımından hazırda orada Ukrayna ilə Rumıniya, Bolqarıstan və Türkiyə iştirak edir: “Türkiyə sahilə daha yaxındır. Dəhliz artıq 4-4,5 aydır səmərəli işləyir və xarici bazarda məhsul satmaqda bizə fəal kömək edir. Çünki büdcə gəlir tələb edir. Bir sıra ölkələr isə bu işdə iştirak edir, bütün bunların maddi-texniki cəhətdən bu və ya digər şəkildə təşkilinə kömək edirlər”.

Ukrayna Prezident Ofisinin rəsmisinn sözlərinə görə, dəhlizin özünün hərbi mühafizəsi baxımından yüksək texnologiyalı həllər tətbiq olunur: “Bunlar sualtı və yerüstü dronlardır. İstənilən halda bu, Ukrayna hərbi sənayesinin yaradıcılığını və istehsal qabiliyyətini vurğulayan bir xüsusiyyətdir. Buna uyğun olaraq, bu nəticə böyük bir donanmanı qovmaq, çox sayda gəmini məhv etmək, qələbə üçün ümumi təklifə həqiqətən əhəmiyyətli bir töhfədir”.

Qeyd edək ki, bu ilin yazında Rusiyanın ötən il imzalanan taxıl razılaşmasından imtina etməsi nəticəsində Ukrayna taxılını Qara dəniz vasitəsilə dünya bazarına ixrac edən “Taxıl dəhlizi” fəaliyyətini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər