“Azərbaycan hərbi qulluqçularına döyüşün qızğın vaxtında belə döyüşdə iştirak etməyənlərə qarşı necə davranmalı olduqları təlimlərdə aşılanıb”.
Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlarla birgə əməkdaşlıq şəraitində müntəzəm olaraq hərbi qulluqçularımıza mülki əhali və əsirlərlə bağlı davranış normaları ilə bağlı məlumatlar təlimlərdə müntəzəm olaraq çatdırılıb: “Azərbaycan Ordusunun hədəfi yalnız Ermənistan silahlı qüvvələrinə məxsus legitim hərbi hədəflərdir”.