13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

MN: “Erməni təxribatları bu gün daha da intensivləşib”

“Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb: “Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”.

O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət kimi ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.

Son xəbərlər
Oxşar xəbərlər
X