15 C
Baku
Saturday, April 20, 2024

MN-nin sabiq idarə rəisi barəsində həbs qətimkan tədbiri seçilib

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və Fikrət Mirzəyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Tərtərdə evdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb – FOTO
Bakıda 52 yaşlı kişi evdə yanaraq ölüb
Füzuli sakinindən silah götürülüb
Qeyd edək ki, Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

F.Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.

Son xəbərlər
Digər xəbərlər