15 C
Baku
Friday, March 29, 2024

Mobil dünyada ilk – SİM kart üçün slotsuz və dinamik üçün dəliksiz smartfon təqdim edildi

Çinin “Meizu” şirkəti tərəfindən təqdim edilmiş “Zero” adlı smartfonda SİM kart üçün slot və dinamik üçün dəlik yoxdur.

smartfon3
“Vivo” şirkəti, həmçinin müvafiq texnologiya üzərində işləyir və hətta onu cari ilin fevralında “Mobile World Congress”də təqdim etməyi planlaşdırırdı, ancaq “Meizu” şirkəti onu qabaqlayıb.

smartfon1
Banker.az məlumat verir ki, yeni smartfonda düymələri “Samsung Galaxy S8/S9” və “iPhone 7,8” modellərində istifadə olunan “3D touch” texnologiyası ilə təchiz edilmiş sensor panellər əvəz edir. Dinamiklər ekran vasitəsilə ötürülən səslərin vibrasiyası yolu ilə kompensasiya edilir. Bu texnologiya ilk dəfə “Xiaomi” şirkəti tərəfindən istifadə edilib, amma “Meizu” onu daha da  təkmilləşdirib.

Telefonda enerji doldurmaq üçün dəlik sürətli enerji doldurma texnologiyasını dəstəkləyən simsiz texnologiya ilə əvəz edilib. Qulaqlıqlar yalnız “Bluetooth 5.0” texnologiyası vasitəsilə qoşulur və işləyir.

“Meizu” şirkəti yeni smartfonunu “virtual eSIM” texnologiyası ilə təchiz edib. Ancaq bu texnologiya dünyanın bir çox ölkələrində dəstəklənmir.

©ictnews.az

Son xəbərlər
Digər xəbərlər