22 C
Baku
Friday, April 26, 2024

Mobil ödənişlər üzrə lider ölkələrin reytinqi – TOP 10

Bu il ərzində təkcə Çində yarım milyarddan çox insan alış-verişini mobil telefon vasitəsilə ödəyəcək.

Bu barədə “Statista Digital Market Outlook” tədqiqatında deyilir.

Buna baxmayaraq, Çində bir alıcıya düşən tranzaksiyanın illik dəyəri ABŞ, Böyük Britaniya və Fransadakından aşağı olacağı gözlənilir.

Hazırda Çində mobil ödənişlər adi hal alıb və artıq nağd şəkildə ödənişlər insanlara qeyri-adi görünür. Çinin mobil ödəniş bazarının əsas iki iştirakçısı var – “WeChat Pay” və “Alipay” servisləri. Onların aktiv istifadəçilərinin sayı yüz milyonlarla ölçülür. Dünyanın digər ölkələrindəki kimi, Çində də bank kartlarından geniş istifadə olunmur. Lakin mobil ödənişlər bir neçə il ərzində çinlilərin həyatının ayrılmaz hissəsinə çevrilib.

Mobil ödənişlər üzrə lider ölkələrin reytinqi:

#ÖlkəYayılma səviyyəsi, %
1Çin35,2
2Hindistan29,5
3İndoneziya15,9
4İsrail14,5
5Rusiya10,6
6ABŞ8,8
7Braziliya7,9
8İspaniya7,3
9Böyük Britaniya6,6
10Fransa2,2

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər