22 C
Baku
Thursday, April 25, 2024

Mobil operatorlar Huawei smartfonlarını satmaqdan imtina edirlər

ABŞ hökuməti tərəfindən qara siyahıya salındıqdan sonra Huawei ilə əməkdaşlıqdan təkcə Google şirkəti ilə bir sıra prosessor istehsalçıları deyil həm də mobil operatorlar da imtina ediblər. Bu barədə Mspoweruser.comsaytına istinadən 4pda saytı xəbər verib. İngiltərənin Vodafone və EE adlı mobil operatorları 5G modemə sahib qatlana bilən Mate X smartfon modelinin ön sifarişlərinin ləğv olunduğunu elan ediblər. Qeyd etmək lazımdır ki, Vodafone ilə EE mobil operatorları British Telecom şirkətlər qrupuna daxildir.

    Mate X modelinin ön sifarişlərinin ləğv olunmasına əsas səbəb kimi mobil operatorlar Huawei şirkətinin öz cihazlarının gələcəkdəki dəstəyi məsələsində qeyri-müəyyənliyin olmasını gətiriblər. “Biz öz müştərilərimiz tərəfindən alınmış cihazların istifadə müddətlərinin sonuna kimi şirkət tərəfindəən dəstəyin əldə edilməsinə əmin olmayınca bu smartfonun ön sifarişləri ləğv olunacaq” – deyə Brtish Telecom şirkətinin təmsilçisi bildirib. Mate X modelinin satışlarını həmçinin Tayvanın və Yaponiyanın da bir sıra mobil operatorları dayandırıblar. Onlar həmin siyahıya həmçinin P30 smartfon seriyasını da daxil ediblər.

©Technote

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər