Juniper şirkətinin bu yaxınlarda həyata keçirdiyi araşdırmaya görə, Avropada mobil pulqabıların iştirakı ilə proqnozlaşdırılan tranzaksiya həcmi planetin istənilən digər nöqtəsində olduğundan daha azdır. Üstəlik, avropalıların əksəriyyətinin smartfona və kifayət qədər yüksək texnologiyaya sahib olmaları fonunda bu göstərici çox aşağıdır. Bəs nəyə görə mobil pulqabılar avropalıların “ürəyincə deyil”?
Proqnozlara əsasən, növbəti 5 il ərzində mobil pulqabıların iştirakı ilə həyata keçirilən tranzaksiyaların həcmi Asiya, Afrika, Şimali Amerika, Orta Şərq və Hindistan yarımqitəsində olduğundan daha aşağı olacaq.
Mobil pulqabılar əksər Avropa ölkələrində məşhur brendlər tərəfindən işə salınsa da, onların heç biri planlaşdırdıqları dərəcədə uğura nail ola bilmədi.
Problem qismən differensiasiyanın çatışmazlığından irəli gələ bilər. Məsələ ondadır ki, təmassız plastik kartlardan artıq Avropada böyük populyarlıqla istifadə edirlər, buna görə də. Istifadəçilər digər bir ödəniş üsuluna keçmək üçün yeni vasitədən daha böyük xüsusiyyətlər gözləyirlər. Məsələn, loyallıq kartları ilə inteqrasiya və yaxud bu və ya digər riteylerin təqdim etdiyi digər xidmətlərə birbaşa çıxış.
Bütün problem ödəniş kartlarındadır
Jupiter Research şirkətinin proqnozlaşdırma və konsaltinq şöbəsinin rəhbəri Vindzor Holden iddia edir ki, Avropa bazarında möhkəmlənməyə çalışan servislərin əsas çatışmayan cəhəti onların öz müştərilərinə təklif etmək üçün əlavə imkanların olmamasıdır.
Lakin, Ovum-un apardığı araşdırmaya görə, Avropada mobil pulqabıların vəziyyətini loyallıq proqramları yaxşılaşdıra bilər. Belə ki, istehlakçıların 61%-i bir mobil pulqabı çərçivəsində bir neçə loyallıq kartlarından istifadə etmək imkanını “çox vacib” adlandırıb. 34% istifadəçi isə bunu “vacib” adlandırıb.
Analysys Mason şirkətinin baş analitiki Ekrike Velasko-Kastilyonun fikrincə, problemin səbəbi Avropa bazarında öz aralarında rəqabət aparan çox sayda mobil pulqabı provayderlərinin olmasıdır. Bununla yanaşı, istifadəçilər həddən artıq provayderlərdən bezməyə başlayaraq servislərə qarşı öz münasibətini dəyişir.







