Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi bu ilin yanvar-mart aylarında 219 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% azalıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41.2%-ni təşkil edib.