16 C
Baku
Wednesday, May 22, 2024

Mobil tətbiqdən istifadəyə görə Azərbaycan banklarının reytinqi məlum olub – Foto

Mobil tətbiqdən istifadə rahatlığına görə Azərbaycan banklarının reytinqi məlum olub.

Bu barədə Rusiyanın Markswebb reytinq agentliyinin komanda rəhbəri Olqa Staseviç “Mobile Banking Rank Azerbaijan 2022″nin nəticələrini açıqlayarkən məlumat verib. O bildirib ki, siyahıda on bank yer alıb.

Aparılan araşdırmada Yelo tətbiqi Azərbaycandakı mobil tətbiqlər arasında 1-ci yeri tutub.

Həmçinin qeyd edilən mobil tətbiqlər arasında “Kapital Bank”, “Unibank”, “Rabitəbank”, ABB və başqaları yer alıb.

O.Staseviç bildirib ki, siyahıda növbəti yerləri tutan “Bank of Baku”, “Express Bank”, “Bank Respublika” və “Access Bank”ın ortaq cəhəti ondan ibarətdir ki, tətbiqlər təfərrüatlı əməliyyat tarixçəsi təqdim edə bilməyib: “Yəni, istifadəçinin ödəniş tarixçəsinə baxması daha çox istifadə edilən funksiyadır. Bu bankların mobil tətbiqlərində bunu etmək daha çətindir. Tarixçə ilə axtarış vasitələri azdır, yəni bəzən filtrlər olmur, məlumat axtarmaq və tapmaq üçün bir vasitə yoxdur”.

photo 2022 10 17 14 29 30

 

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər