Bu gün heç kəs öz həyatını mobil telefonu olmadan təsəvvür belə edə bilmir. Gündəlik həyatımızda istifadə etdiyimiz bu mobil telefonlar müxtəlif ölçü, forma və funksiyalara sahibdirlər. Qısası, müasir insanın cibində daşıdığı mobil telefon sahib olduğu funksiyalar baxımından artıq çoxdandır ki, öz əcdadlarını geridə qoyub.
Uzun məsafələri aşaraq uzaqda olan insanla ünsiyyət qurmaq ehtiyacı hələ sivilizasiyanın əvvəllərindən mövcud idi. Lakin son dövrə qədər bunu effektiv, sürətli və rahat vasitələr ilə etmək mümkün deyildi. Cibdə daşınması mümkün olan telefonun ideyası təqribən 19-cu əsrdə, Aleksandr Graham Bell-in telefonu patentləşdirməsindən bir qədər sonra yarandı.
Əslində, mobil əlaqə texnologiyasının peyda olmasının izlərini İkinci dünya müharibəsindən sonra müşahidə etmək olar. Bu zaman hərbçilər döyüş meydanında ünsiyyət qurmaq üçün ratsiyalardan istifadə edirdilər. 1940-cı illərdən sonra əldə daşınan radioqəbuledici və ötürücülərdən istifadə edilməyə başladı.
Tezliklə əfsanəvi Bell Labs şirkəti istifadəçilərə avtomobillərdən zəng etməyə imkan verən mobil sistem üzərində işləməyə başladı. 1946-cı ildə AT & T kimi şirkətlər “mobil telefon xidməti” təklif etməyə başladı. Lakin bu xidmətin kifayət qədər məhdud imkanları var idi və yalnız şəhərin qəsəbələrində əlçatan idi.
Daha sonra, 1957-1961-ci illərdə sovet mühəndisi Leonid Kupriyanoviç kiçik, portativ mobil telefonların sınaq modelləri üzərində işləməyə başladı. Belə modellərdən birinin çəkisi 70 qram idi. Lakin SSRİ bu texnologiyanın inkişaf etdirilməsini maliyyələşdirməyi dayandırmışdı.
Araşdırma başlayandan (1947-ci il) 20 il sonra Bell Labs şirkətinin gənc mühəndislərdən ibarət qrupu faktiki olaraq müasir mobil əlaqənin əsasını qoydu. Riçard X.Frenkel, Coel Engel və Filip Porter Bell uzaq məsafələrdən siqnal qəbul etmək iqtidarında olan şəbəkə antennlərini yaratdılar. Bu tapşırığın son hissəsi mobil telefonların özünün antennlərinin yaradılması oldu.
Bu yenilik yaradıldıqda sonra Motorola “etibarlı və portativ mobil telefon” yarada bilən ilk şirkət oldu.
Bu texnologiya bir çox cəhətlər baxımından dünyanı dəyişdi. Təbii ki, 1970-ci ildən bu günə qədər mobil telefonların dizaynı köklü şəkildə dəyişib.