6 C
Baku
Monday, December 16, 2024

“Moderna” Afrikada peyvənd istehsalı zavodunu inşa edəcək

ABŞ-ın əczaçılıq və biotexnologiya şirkəti “Moderna” Afrikada peyvənd istehsalı zavodunu inşa edəcək.

Banker.az xəbər verir ki, layihəyə 500 milyon ABŞ dolları xərclənəcək. Şirkət zavodun ildə 500 milyon dozaya qədər vaksin istehsal edəcəyini planlaşdırır. Zavodun yerləşəcəyi ölkə və inşa ediləcəyi vaxt hələ açıqlanmayıb.

Ekspertlərin fikrincə, “Moderna”nın Afrikada zavod inşa etməsi qitənin peyvənd çatışmazlığı problemini aradan qaldırılmasına kömək edə bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəfələrlə peyvənd istehsalçılarını COVID-19 ilə mübarizə aparmaq üçün Afrika ölkələrinə kömək etməyə çağırıb.

BMT-nin “Covax” adlı proqramı aztəminatlı ölkələrə peyvənd vermək üçün yaradılsa da, indiyədək planlaşdırılan 600 milyon dozanın yalnız 200 milyonu paylanılıb.

Son xəbərlər
Digər xəbərlər