28 C
Baku
Saturday, July 27, 2024

“Moderna” səhmləri “nüfuzlu siyahı”ya daxil edildikdən sonra 11% artıb

COVID-19-a qarşı peyvənd istehsal edən Amerika şirkəti “Moderna Inc.”in səhmləri 11% artaraq səhm başına 288.88 dollara yüksəlib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, şirkətin “S&P 500” indeksinə daxil olacağı xəbəri fonunda baş verib. Bildirildiyi kimi, “nüfuzlu siyahı”da “Moderna” Amerikanın “Alexion Pharmaceuticals Inc.” şirkətinin yerini tutacaq.

Qeyd edək ki, şirkətlərin S&P 500 indeksinə daxil olması əksər hallarda səhmlərin bahalaşmasına səbəb olur. “Moderna” yalnız COVID-19-a qarşı deyil, həm də digər xəstəliklərə qarşı peyvənd və dərmanların hazırlanması ilə məşğul olacağın ümid edir.

2021-ci ilin əvvəlindən “Moderna” kotirovkaları 148.6%, son 12 ayda isə 223.7% artıb. Daha əvvəl verilən məlumata görə, şirkətin kapitallaşması 100 milyard dolları keçib və 104.26 milyard dollar təşkil edib. Şirkətin investorlar arasında populyarlığı ABŞ-da istifadə olunan koronavirus peyvəndinin uğuruna əsaslanır.

İndi “Moderna” elit biotexnoloji şirkətlər qrupunun bir hissəsi sayılır. 2020-ci ildəki pandemiya investorların peyvənd hazırlayan əczaçılıq şirkətlərinə marağını artırıb.

Son xəbərlər
Digər xəbərlər