6 C
Baku
Sunday, December 15, 2024

Möhürlərin saxtalaşdırılması-saxta iş yerindən arayışlara aldanmayın!

Mərkəzi Bankın bu ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosesində iş yerindən arayışın tələb olunması, bir çox şəxslərin kreditləşməsini məhdudlaşdırıb. Anonim mənbələrdən banker.az verilən məlumata görə, müxtəlif şəxslər tərəfindən kredit götürməklə bağlı müraciət zamanı saxta möhürlü arayışlar təqdim edilmişdir. Banker.az olaraq saxta möhürlərin müəyyən edilməsi üçün aşağıdakı nüanslarda daha diqqətli olmağı tösiyyə edirik.

Möhür – vacib sənədlərin həqiqiliyini sübut edən əsas üsuldur. Əsrlər boyu möhürlər müxtəlif üsullarla sənədlər üzərində həkk edilirdi. Bu sənədlərin gil lövhələrdən, möhürlərin isə üzük, yaxud üzükvari halqalardan ibarət olduğu dövrdən başlayır.  Əlbəttə ki, o zamandan bu günə qədər texnologiya uzun bir yol qət edib və hazırda çətin və yenilikçi möhürlər yaratmaq mümkündür. Lakin eyni zamanda bu yeni texnologiyalar sənədləri saxtalaşdırmaq niyyətində olan fırıldaqçılar tərəfindən də fəal olaraq tətbiq edilir. Artıq vəziyyət elə bir yerə çatıb ki, sənəd üzərində həkk edilmiş möhür formal xarakter daşıyır. Çünki istənilən halda onun saxtalaşdırmaq mümkündür.

1. Möhürlərin falsifikasiyası:

Bu proses nisbətən sadə və geniş yayılmış üsuldur. Falsifikasiyanı həyata keçirmək üçün uzun müddət və xüsusi bilik tələb olunmur. Bu zaman sənəd üzərindəki möhür scan edilir, kompüterdə düzəlişlər edilir və printer vasitəsilə çap olunur.

 Sənəd üzərindəki möhürün həqiqi deyil də, printer vasitəsilə çap olunduğunu təyin etmək üçün kriminalistika mütəxəssisi olmağa ehtiyac yoxdur.

Qeyd edək ki, printerlərin özünəməxsus “izləri” mövcuddur ki, bu da özlüyündə sarı, qırmızı və mavi rənglərin köməkliyi ilə “qoyulur”.  Printer vasitəsilə çap olunmuş istənilən sənədin üzərində lupa vasitəsilə bu rənglərdə olan nöqtələri aşkar etmək mümkündür. Əlinizin altında lupa olmasa belə, diqqətlə baxsanız bu izləri görməyiniz mümkündür.

Bundan əlavə, sənəd üzərinə möhür vurulduqda zərbənin təzyiqindən asılı olaraq müəyyən hərflər daha aydın, müəyyən hərflər isə solğun şəkildə əks olunur. Falsifikasiya edilmiş möhürlərdə isə yazıların hamısı eyni oxunaqlılıq dərəcəsinə sahibdir.

2. Möhürün saxtalaşdırılması

Bu artıq ciddi cəhdlər tələb edən prosesdir. Burada sadəcə scan və printerin köməyi ilə möhürü saxtalaşdırmaq cəhdi alınmayacaq. Belə ki, bunun üçün əsl möhürün surətini yaratmaq tələb olunur. Bunun üçün uzun müddət və böyük səy tələb olunsa da, daha sonradan onun saxtalığını təyin etmək çox çətindir və mütəxəssis köməyi olmadan keçinə bilməyəcəksiniz.

Qaydalara əsasən, möhür və ştampın saxtalaşdırılması üçün fotopolimer texnologiyalardan istifadə olunur. Bu texnologiya yaxşı nəticə vəd edir və az xərc tələb etdiyindən istənilən fırıldaqçı üçün əlçatandır. Demək olar ki, saxta möhürlərin əksəriyyəti məhz fotopolimer vasitəsilə yaradılır. Fotopolimer təsviri bir növ scan edərək özlüyündə onun eynisini yaradır. Əldə edilən təsvir scan edilərək kompüterə yüklənir və Photoshop və yaxud Corel proqramının köməkliyi ilə istənilən vəziyyətə gətirilir.

Fotopolimer texnologiyası ilə saxtalaşdırılmış möhürü təyin etmək çox çətindir. Hətta bəzən mütəxəssislər belə qərarsız qala bilərlər.

Möhürün “qanuni saxtalaşdırılması”

Möhür itirildikdə və yaxud yararsız hala düşdükdə təbii ki, artıq ondan istifadə etmək mümkün deyil. Bu halda möhürün yenisi sifariş edilir. Müəssisə rəhbərinin imzasını əks etdirən rəsmi məktubla edilən sifariş zamanı möhürün “saxtasının” yaradılması saxtalaşdırılma hesab edilmir.

Son xəbərlər
Digər xəbərlər