15 C
Baku
Friday, May 3, 2024

Moldova 2024-cü ilin sonuna qədər MDB-dən çıxacaq

Moldova 2024-cü ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

Bunu Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doyna Qerman deyib.

“Biz bu yaxınlarda müdafiə və təhsil sektorlarında üç sazişi ləğv etdik. Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər prosesi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, – o bildirib.

Komissiya rəhbərinin sözlərinə görə, MDB-ni tərk etmək Moldova iqtisadiyyatına təsir göstərməyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər