2 C
Baku
Saturday, December 14, 2024

Moldova Azərbaycana şərabların və spirtli içkilərin ixracını artıracaq

Moldova şərablarının və spirtli içkilərinin Azərbaycana ixracının həcmi artacaq.

Bu barədə Moldovanın “Canal3” telekanalı məlumat yayıb.

“Ölkəmizin Baş naziri Natalya Qavrilitsanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda azərbaycanlı iş adamları ilə görüş keçirib. Görüşdə qarşılıqlı faydalı əməkdaşlıq haqqında razılaşmalar əldə edilib.

Hökumət ölkəmizdəki divin (Moldova konyakı-red) istehsalçılarından birinin Azərbaycanda 100-dən çox satış nöqtəsi olan tanınmış supermarketlər şəbəkəsi ilə distribüter müqaviləsi imzaladığını bildirib. Məhsulların ilk partiyası noyabrın əvvəlində Azərbaycan mağazalarına göndəriləcək”, – telekanal bildirib.

Qeyd edilir ki, Bakıda keçirilən görüşdə Azərbaycanın kommersiya şəbəkələri ilə Moldovanın şərab zavodlarından biri arasında müqavilənin imzalanmasının mümkünlüyü müzakirə olunub: “Eyni zamanda, artıq Azərbaycanda məhsullarını satan Moldovanın daha bir şərab zavodu ixrac üçün çeşidini genişləndirəcək. Azərbaycana işgüzar səfəri çərçivəsində Baş nazir Nataliya Qavrilitsa Bakıda açılan şərab mağazasına baş çəkib”.

2021-ci ildə Moldova istehsalçıları Azərbaycana 2020-ci illə müqayisədə 5 dəfə çox divin ixrac edib. Ümumi həcm 335 min (ABŞ) dollar olan 143 min litr spirtli içki təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər