26 C
Baku
Wednesday, April 24, 2024

Moldova Azərbaycandan gübrə idxal etməyə başlayıb

“Moldova kənd təsərrüfatı sənayesinin inkişafı üçün investorlar axtarışındadır və bununla bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparıb”.

Bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa Bakıda keçirilən Azərbaycan və Moldovanın İşgüzar Dairələrinin nümayəndələri ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

N.Qavrilitsa deyib ki, iki ölkə arasında potensial inkişaf istiqamətləri mövcuddur: “Biz ikitərəfli ticarət əlaqələrimizi inkişaf etdirməliyik. Biz Azərbaycan hökuməti ilə təkcə enerji deyil, digər sahələri də müzakirə etmişik. Mənim Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla məhsuldar müzakirələrim olub. Bununla yanaşı, bizim iş adamları ilə də görüşümüz olub”.

O əlavə edib ki, Moldova Azərbaycandan gübrə idxal etməyə başlayıb: “Biz məmnunuq ki, artıq bəzi sahələrdə uğurlu nəticələrimiz var”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər