9 C
Baku
Friday, December 13, 2024

Moldova gələn ilin sonuna qədər MDB-dən çıxacaq

Moldova gələn ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

Bu barədə ölkə parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German bildirib.

Komissiya rəhbəri bildirib ki, Moldova bu yaxınlarda müdafiə və təhsil sahəsində MDB çərçivəsində üç sazişi ləğv edib və Birlikdən çıxmaq üçün demək olar son mərhələdədir:

“2024-cü ilin sonuna qədər prosesi tamamlamağı qarşımıza məqsəd qoymuşuq. Moldova MDB-ni tərk etməklə iqtisadi zərər görməyəcək”.

Parlamentari bildirib ki, Moldova MDB-ni tərk etməkdən xeyir götürəcək, çünki Birliyə ödənişlər etməli olmayacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər