9 C
Baku
Thursday, December 12, 2024

Moldova Prezidenti: “Rusiya hücum etsə, Rumıniyadan kömək istəyəcəyik”

Ukraynadakı münaqişə Moldovaya sıçrayarsa və Rusiya ilə münasibətlər pisləşərsə, Kişinyov Buxarestdən kömək istəyəcək.

Bu barədə Moldova Prezidenti Maya Sandu Rumıniya Prezidenti Klaus İohannis ilə görüşdən sonra mətbuat konfransında sualı cavablandırarkən deyib.

“Biz narahatıq. Ən pessimist ssenarilər barədə düşünürük. Buna uyğun olaraq bütün ssenarilərə hazırlaşırıq. Rusiyanın Moldova Respublikasına hücum etməyə çalışacağı halda, şübhəsiz ki, biz kömək istəyəcəyik”, – Moldova dövlət başçısı bildirib.

Klaus İohannis isə öz növbəsində bəyan edib ki, Rumıniya Moldova Respublikasına ən yaxın ölkədir: “Rusiyanın Ukraynaya qarşı apardığı bu uğursuz müharibənin hansı ssenari ilə bitməsindən asılı olmayaraq, sizi tək qoymarıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər