6 C
Baku
Saturday, December 14, 2024

Moldova Ukraynadakı hadisələrə görə altı telekanalın lisenziyasını dayandırıb

Moldova hökumətinin Fövqəladə Hallar Komissiyası fövqəladə vəziyyət dövründə altı telekanalın lisenziyasını dayandırıb.

Buna səbəb Ukrayna hadisələrinin düzgün işıqlandırılmaması olub.

Qeyd olunub ki, “RTR-Moldova”, “Moldovada Birinci”, “NTV-Moldova”, “Accent-TV”, “TV-6”, “Orxey-TV” telekanallarının lisenziyaları dayandırılıb.

Öz növbəsində Moldova prezidenti Maya Sandu hökumətin Fövqəladə Hallar Komissiyasının Rusiya proqramlarını təkrar yayımlayan 6 telekanalın lisenziyasının dayandırılması barədə qərarını dəstəkləyib:

“Moldovada sülhün və sabitliyin qorunması bizim sərhədlərimizdə müharibənin getdiyi çətin şəraitdə prioritetdir. Milli informasiya məkanının qorunması beynəlxalq sanksiyalara məruz qalan insanlar tərəfindən başlanmış sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması üçün mühüm addımdır”, – deyə, o bildirib.

Xatırladaq ki, noyabrın 30-da Moldova hökuməti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət rejiminin 60 gün müddətinə uzadılmasını təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər