15 C
Baku
Saturday, April 20, 2024

Moldovanın baş naziri istefa verib

Moldovanın baş naziri İon Kiku istefa verib.

Hökumət başçısı dekabrın 23-də jurnalistlər üçün brifinq keçirib və orada istefa qərarını açıqlayıb.

“Ölkə rəhbərliyi ilə atılacaq addımları, dövlətin vacib problemlərinin həllini, növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə etdik. Bununla əlaqədar olaraq mən özümün və hökumətin istefa verməsi təklifini irəli sürdüm”, İ.Kiku bildirib.

Qeyd edəki, Moldovada noyabrın 1-də keçirilən prezident seçkisində müxalifət lideri Maya Sandu qalib gəlib. Ölkədə sonuncu parlament seçkiləri 2019-cu il fevralın 24-də keçirilib.

Son xəbərlər
Digər xəbərlər