10 C
Baku
Friday, December 13, 2024

Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Moldovanın Moksvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Buna səbəb kimi “Sputnik”in Moldova bürosunun rəhbərinin ölkədən deportasiyası göstərilib.

Xatırladaq ki, bu gün “Sputnik Moldova” agentliyinin rəhbəri Vitali Denisov Moldovadan deportasiya olunub. Moldova Miqrasiya Xidmətinin əməkdaşları Denisovun yanına gələrək əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa imkan vermədən onu maşına mindirib və ilk reysdə deportasiya olunması qərarı ilə hava limanına aparıblar.

Onun ölkəyə girişinə 10 il qadağa qoyulub və Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu barədə məlumatlandırılıb.

Denisov RİA “Novosti” agentliyinə açıqlamasında deyib ki, Moldova hakimiyyətindən ona milli təhlükəsizliyə təhdid yaratdığı, buna görə ölkəni tərk etməli olduğu bildirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər