Moldova işgüzar dairələrinin azərbaycanlı iş adamları ilə görüşü çərçivəsində bir sıra müqavilələr imzalanıb. Moldova mətbuatı xəbər verir ki, bu barədə hökumətin Mətbuatla əlaqələr və protokol İdarəsi məlumat yayıb.
Bildirilir ki, artıq noyabrın əvvəlindən Moldova divininin (yerli brendi növü – red.) ilk partiyasının Azərbaycan mağazalarına tədarükü başlanacaq.
Moldova və Azərbaycan sahibkarlarının görüşü zamanı Azərbaycan bazarında artıq mövcud olan şərab çeşidlərinin genişləndirilməsi imkanları da müzakirə olunub.