6 C
Baku
Sunday, December 15, 2024

Monteneqro yenidən Albaniya ilə sərhədlərini bağlayıb

Son günlər Albaniyada koronavirusa yoluxmanın artması nəticəsində Monteneqro sözügedən ölkə ilə sərhədlərini yenidən bağlamaq qərarına gəlib. Xəbəri Monteneqro Xarici İşlər Nazirliyi də təsdiqləyib.

İyunun 21-dən etibarən iki ölkə arasındakı quru sərhədlər bağlanıb. İstisnalar yalnız tranzit hərəkət edən yolçulara aid olunacaq. Sərhədlər statistikada müsbət tendensiyayadək davam edəcək. Tibb işçiləri, yük maşınları, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, hərbçilər və humanitar qurumların üzvlərinə vəzifə başında olduqları halda qadağalar şamil olunmayacaq.

Monteneqro və Albaniya arasında sərhədlərin bağlı olması ikincidən İtaliyaya səyahət edənlər üçün ciddi narahatlıq yaradır.

Son bir sutkada Albaniyada 53 yeni yoluxma faktı aşkarlanıb ki, bu da Monteneqronun ölkəyə giriş üçün qoyduğu sağlamlıq əmsalından çoxdur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər