10 C
Baku
Wednesday, December 11, 2024

Monteneqroda prezident seçkilərinə start veriləcək

Bu gün Monteneqroda prezident seçkiləri keçiriləcək, seçicilər dövlət başçısı postuna 7 namizəddən birini seçməli olacaqlar.

Hazırkı dövlət başçısı, sosialistlərin Demokratik Partiyasının lideri Milo Cukanoviç, Yeni Serbiya Demokratiya Partiyasının lideri Andriya Mandiç, “Vahid Monteneqro” Partiyasının rəhbəri Qoran Daniloviç, “Demokratik Monteneqro” Partiyasından Aleksa Beçiç, iqtisadçı Yakov Milatoviç və digərləri prezidentlik uğrunda mübarizə aparacaqlar.

Səsvermədə 542 min vətəndaş iştirak edə biləcək. Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan saat 20:00-dək (Bakı vaxtı ilə saat 10:00-23:00) açıq olacaq. Seçicilərin yarıdan çoxunun səs verdiyi namizəd prezident seçiləcək. Namizədlərdən heç biri 50%-lik baryeri keçə bilməsə, aprelin 2-də keçiriləcək səsvermənin ikinci turu təyin ediləcək. Birinci turda ən çox səs toplayan iki namizəd orada iştirak edəcək.

Mütəxəssislər hesab edirlər ki, iqtisadçı Milatoviç ikinci tura keçmək üçün ən yaxşı şansa malikdir. Çıxışlarında o, Cukanoviçi və partiyasını korrupsiyada ittiham edir və Monteneqronu irəli aparmaq üçün onun hakimiyyətdən uzaqlaşdırılmasının zəruri olduğunu iddia edir.

Son xəbərlər
Digər xəbərlər