16 C
Baku
Friday, April 26, 2024

Monteneqrodakı bankın azərbaycanlı sədri Qəbələdəki şirkətə rəhbər təyin edilib

Azərbaycanın vaxtı ilə Monteneqrodakı bankına rəhbərlik edən Kamran Məmmədov yeni vəzifəyə təyinat alıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, Kamran Məmmədov ölkənin iri kapitallı qızılgül yetişdirən “AzRose” MMC-nin icraçı direktoru təyin edilib.

O, 2016-ci ilin aprelindən vaxtı ilə səhmləri Azərbayan şirkətinə məxsus olan “Nova Banka AD Podgorica”nın Baş icraçı direktoru və ya İdarə Heyətinin sədri vəzifəsində çalışıb. K.Məmmədov həmçinin “Kapital Bank” və “Ata Bank” ASC-də bank təcrübəsi var.

“AzRose” MMC isə 2016-ci ildə yaradılıb və 18.46 milyon manat nizamnamə kapitalı var. Şirkət Qəbələnin Vəndam kəndində fəaliyyət göstərir.

“Nova Banka AD Podgorica”nın əvvəlki adı “Azmont Bank” idi. Kapital dəyəri 25,9 milyon avro olan bank 2020-ci ildə təsisçisi Kumbor şəhərində yerləşən “Azmont İnvestments LLC” şirkəti tərfindən tam həcmdə ABŞ-ın Uilminqton şəhərində yerləşən “Adriatic Capital LLC” şirkətinə satmışdı. Və bu satışdan sonra bank rebrendinq etdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər