“Moody`s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı proqnozunu 3%-dək yaxşılaşdırıb.
Cari ilin fevral ayında agentlik respublikada ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırıb.
“2017-ci ildə Azərbaycan iqtisadiyyatı 0,1% səviyyəsində kiçik artım nümayiş edib. 2018-ci ildə ÜDM-in artımını 1,5%, 2019-cu ildə – 3% səviyyəsində proqnozlaşdırırıq”, – “Moody`s”in maliyyə institutları üzrə analitiki Pyotr Paklin bu gün Bakıda agentliyin Azərbaycan üzrə illik sammitində bildirib.
Onun sözlərinə görə, 2018-2019-cu illərdə “Moody`s” Azərbaycanda inflyasiyanı birrəqəmli səviyyədə proqnozlaşdırır (2017-ci ildə orta illik inflyasiya 12,9% təşkil edib – İF).
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5%, 2019-cu ildə – 4% səviyyəsində proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda inflyasiya 6,1%, 2019-cu ildə – 4,3% səviyyəsində proqnozlaşdırılır.