10 C
Baku
Thursday, December 12, 2024

“Moody’s”: Azərbaycan neft bazarının çökməsi səbəbindən yaranan şoklara daha dayanıqlı ölkələr sırasındadır

Azərbaycanın (“Ba2”, “stabil” – emitentin uzunmüddətli reytinqi – red.) əsasən böyük suveren aktivlərinin olması və xarici valyuta ehtiyatları ölkəni neft qiymətlərinin kəskin azalmasına qarşı daha az həssas edir.

Bu barədə “Moody’s Investors Service” şirkətinin araşdırmasında deyilir.

Araşdırmaya əsasən, neft ixracatçıları arasında Azərbaycan, Qazaxıstan, Rusiya, Səudiyyə Ərəbistanı və Qətər neft bazarının çöküşü səbəbindən yaranan şoklara daha dayanıqlıdır. Oman, İraq və Bəhreyn kimi ölkələr isə maliyyə buferlərinin məhdud olması səbəbindən sarsıntılara daha həssas sayılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər