5 C
Baku
Saturday, December 14, 2024

“Moody’s”: Azərbaycanda islam bankçılığının inkişaf potensialı aşağıdır

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda islam bankçılığının inkişaf potensialının aşağı olduğunu qeyd edir.

“Moody’s” mütəxəssisləri MDB ölkələrində İslam bankçılığının inkişaf perspektivləri barədə hesabatda bildirirlər ki, müsəlman əhalisinin çoxluğuna baxmayaraq, Azərbaycanda islam bankçılığının inkişaf perspektivləri zəifdir.

Agentliyin analitiklərinin fikrincə, Azərbaycan hökuməti hazırda islam bankçılığının inkişafını planlaşdırmır, çünki onun diqqəti dünyəvi dövlətin və iqtisadiyyatın yaradılmasına köklənib.

“Hökumətə aid olan Azərbaycan Beynəlxalq Bankı “islam pəncərəsini” bağlayıb və ölkədə ixtisaslaşdırılmış islam bankı artıq yoxdur. 2018-ci ildə ölkə islam maliyyələşdirməsi üzrə qanunvericiliyin hazırlanmasında texniki köməyə dair İslam İnkişaf Bankı ilə razılaşma imzalayıb, lakin sektorun inkişafına qətiyyətli dövlət müdaxiləsi olmadan onun artması məhdud olacaq”, – deyə agentliyin mütəxəssisləri bildirirlər.

İslam İnkişaf Bankı 1991-2018-ci illərdə Azərbaycana 1,387 milyard dollarlıq kredit ayırıb.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər