9 C
Baku
Friday, December 13, 2024

“Moody`s” “Bank Technique”ə verdiyi reytinqi geri çağırıb

Agentlik bunu “öz biznes əlaqələri” ilə bağlayıb

Bu gündən etibarən “Moody`s” beynəlxalq reytinq agentliyi “Bank Technique” ASC-yə verdiyi reytinqi geri çağırıb.

Agentlikdən verilən məlumata görə, hazırda bankın həm milli valyutada olan uzunmüddətli depozit reytinqi, həm də xarici valyutada olan uzunmüddətli depozit reytinqi “Caa2” səviyyəsindədir.

Yerli və xarici valyutada olan qısamüddətli depozit reytinqi aşağı səviyyədədir.

Agentlik bankın kreditləşmə qabiliyyətini “Caa3” səviyyəsində qiymətləndirir.

Reytinqin geri çəkilməsinə gəlincə, agentlik bunu “öz biznes əlaqələri” ilə bağlayıb.

“Moody`s” qeyd edir ki, 2014-cü ilin iyunun 30-a bankın məcmu aktivləri 68,5 mln. manata, nizamnamə kapitalı isə 49,8 mln. manat təşkil edir. Həmin dövr üçün bankın xalis mənfəəti 1,3 mln. manat olub.

APA

Son xəbərlər
Digər xəbərlər