-1 C
Baku
Sunday, December 15, 2024

“Moody’s”: MDB ölkələrinin kredit vermə qabiliyyəti üzrə proqnoz sabitdir

“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə MDB ölkələrinin kredit vermə qabiliyyətinin stabil olacağının proqnozlaşdırır.

Banker.az bildirir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Agentlik bəyan edib ki, iqtisadiyyatın sağlam artım gözləntisi siyasi riskləri və likvidliyə girişin sərtləşməsini kompensasiya edəcək.

“MDB ölkələrində iqtisadi artım davam edəcək və 2019-cu ildə bu göstərici region üzrə orta hesabla 3,9% təşkil edəcək. Bununla belə, Rusiyaya qarşı sanksiyaların sərtləşməsi regional ticarəti və pul köçürmələrini sarsıda bilər”,- deyə agentliyin analitiki və icmalının müəllifi Evan Volman bildirib.

“Moody’s” həmçinin bəyan edib ki, xarici maliyyələşmədən yüksək asılılıq region üçün riskləri artırır. Həmçinin siyasi təzyiq də əvvəlki kimi iqtisadi sabitlik və regionda iqtisadi inkişaf dinamikası üçün risk mənbəyi olaraq qalır. Agentlik MDB ölkələrində iqtisadi inkişaf tempinin sürətlənəcəyini ehtimal edir.

Report

Son xəbərlər
Digər xəbərlər