“Moody’s” neftin qiymətlərinə orta müddətli perspektivdə təsir edəcək amilləri açıqlayıb

0

“Moody’s” beynəlxalq reytinq agentliyi neftin bir barelinin orta illik qiymətini 60 dollar səviyyəsində olacağı barədə proqnoz verib.

Bunu “Moody’s”in Azərbaycana dair illik konfransında kredit siyasətilə bağlı baş təhlilçisi Denis Perevezentsev bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“2019-2020-ci illər ərzində WTI markalı neftin qiyməti 50-70 dollar arasında, “Brent” markalı neftin qiyməti isə 55-75 dollar arasında dəyişəcək”, – deyən ekspert ABŞ-ın xaricdəki neft hasilatı fəaliyyətləri getdikcə artdığı üçün bazardakı neft həcminin ifrat artacağına səbəb olacağını, bunun da qiymətlərə mənfi təsir edəcəyini qeyd edib: “Eyni zamanda qiymətlərin göstərdiyimiz həddən aşağı düşəcəyi də ağlabatan görünmür, çünki istehsalçıların əksəriyyətində istehsalın son hədd qiyməti 50-55 dollar arasındadır. Odur ki, uzun perspektivdə qiymətlərin bu səviyyədən aşağı düşəcəyi ehtimalı azdır”.

2017-ci ildən artmağa başlayan neft qiymətlərinin sabitləşməsində OPEC+ razılaşmasının mühüm rolunu qeyd edən ekspert o cümlədən yüksək qiymətlərdə maraqlı olan Səudiyyə Ərəbistanının həmin razılaşma çərçivəsindəki öhdəliklərini 261 faiz həcmində yerinə yetirdiyini dilə gətirib: “Nəticədə 2018-ci ilin sonuna yaxın neft bazarında ifrat təklif yarandı. Çünki yüksək qiymətlər və İrana qarşı sanksiyalar şəraitində hasilatı artırmaq qərarı verilmişdi. ABŞ tərəfindən İran neftinin əsas idxalçılarına verilən möhlətin uzadılıb-uzadılmayacağı ilə bağlı qeyri- müəyyənlik və s. siyasi amillərin təsirilə 2019-cu ilin birinci rübündə neftin qiyməti yenidən artmağa başladı. Həmin möhlətlər, çox güman ki, uzadılmayacaq və yaxud ən azı idxal kvotaları xeyli azaldılacaq ki, bu halda qiymətlərin xeyli yüksək səviyyədə qalması gözləniləndir. Həmçinin Venesuela və Liviyadakı hadisələr də neft qiymətlərini artıran amillər sırasındadır. Hərçənd qiymətlərin bahalaşması yaxın 12-18 ay ərzində özünü göstərəcək”.

Ekspert İrana qarşı sanksiyalar üzündən 2017-ci ilin ikinci rübündən etibarən neft bazarında mülayim qıtlıq ifrat təkliflə əvəzləndi və belə vəziyyət OPEC+ razılaşmasının bir daha uzadıldığı 2019-cu ilin əvvəlinədək davam etdi. Bundan sonra istər Səudiyyə Ərəbistanı, İran, Yaxın Şərqin başqa ölkələrində, habelə Afrikadakı boş ehtiyatların artdığını qeyd edən analitik ABŞ tərəfindən İranın neft ixracını məhdudlaşdırmaq siyasətinin davam ediləcəyi təqdirdə, bazarda yaranan boşluğun Səudiyyə Ərəbistanı, Rusiya və s. ölkələr tərəfindən doldurulacağını, bunun da orta perspektivdə tələb-təklifə əsaslı təsir göstərəcəyini dilə gətirib.

Beləliklə, cari ilin sonunadək neft bazarı tarazlı vəziyyətdə qalacaq.

Neft qiymətlərinin yüksək səviyyəsini şərtləndirən amillər arasında ehtiyatların azlığını qeyd edən ekspert OPEC+ razılaşması nəticəsində ehtiyatların daha da azaldığı qənaətindədir: “Lakin son vaxtlar ehtiyatlar tədricən artır. İran və Venesuela ətrafındakı vizəyyət yoluna qoyulsa, yaxud bazar bunlara cavab verməsə və daha əsaslı məsələlərə diqqət yetirsə, dönüş yaranacaq. Ehtiyatların artımı qiymətləri uzun perspektivdə bir qədər aşağı salıb daha gerçək səviyyəyə gətirə bilər”.

Ekspert qiymətləri orta və uzun perspektiv üçün yüksək səviyyədə saxlayacaq mühüm amil kimi ABŞ-da şist nefti hasilatının artmasını göstərib. Belə ki, son 2 ildə şist neftinin hasilatı 3 milyon barel artaraq 12 milyon bareli ötüb.

Report