15 C
Baku
Saturday, April 27, 2024

“Moody’s” qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib

“Moody’s” beynəlxalq reytinq agentliyi koronavirus (COVID-19) infeksiyasının yayılmasını nəzərə alaraq bu il üçün qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Xatırladaq ki, “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının 2,6% böyüyəcəyini proqnozlaşdırırdı. Hazırda isə qurum bu il 0,5% qlobal iqtisadi kiçilmə gözlədiyini bəyan edir.

Agentlik hesab edir ki, koronavirus dünya iqtisadiyyatında görünməmiş zərbə vuracaq. Aparıcı mərkəzi bankların və hökumətlərin qəbul etdiyi qərarlara baxmayaraq, bir sıra iqtisadiyyatlarda baş verən ciddi azalmalar, maliyyə bazarlarındakı dalğalanmalar, 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövrünü xatırladan vəziyyət yaradıb.

Yeri gəlmişkən, indiyə qədər ABŞ iqtisadiyyatının 2,3% böyüyəcəyini proqnozlaşdıran “Moody’s” bu rəqəmi 2%-ə, Çin iqtisadiyyatının artım göstəricisi proqnozunu isə 5,1%-dən 3,3%-ə endirib. Koronavirusdan ciddi əziyyət çəkən İtaliyada isə iqtisadiyyatın bu il 2,7% kiçiləcəyi proqnozlaşdırılır.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər