22 C
Baku
Friday, April 19, 2024

Moody’s Rusiyanın avrobondlar üzrə defoltunu elan edib

Beynəlxalq reytinq agentliyi Moody’s hesab edir ki, Rusiya avrobondlar üzrə defolt edib. Buna baxmayaraq, Rusiya defolt olduğunu inkar edir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“İyunun 27-də Rusiyanın suveren borcunun sahibləri 30 günlük güzəşt müddəti bitənədək iki 100 milyon dollarlıq avrobond üzrə kupon ödənişləri almadılar ki, bu da bizim tərifimizə görə defoltdur”, – mesajda deyilir.

Rusiya sanksiyalara görə xarici borcuna xidmətlə bağlı problemlər yaşayır. ABŞ may ayında Rusiyanın avrobondlar üzrə ödənişlər edə biləcəyi lisenziyasını yeniləməyib. İyun ayında Rusiya Federasiyasının Maliyyə Nazirliyi xarici borc üzrə ödənişləri rublla yeni sxem üzrə həyata keçirməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər