10 C
Baku
Wednesday, December 11, 2024

“Moody’s” Rusiyanın kredit qeydini aşağı saldı

“Moodys’”dan verilən şərhə görə, kredit qeydi “Baa1″dən “Baa2″yə endirilib.

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Moody’s” Rusiyanın kredit qeydini “Baa2″yə endirərək qeydini mənfi olaraq qiymətləndirib. “Moodys’”dan verilən şərhə görə, kredit qeydi “Baa1″dən “Baa2″yə endirilib.

Kredit dərəcələndirmə təşkilatı qeydin salınmasına səbəb olaraq, Rusiyanın orta vədəli artım proqnozlarının təzyiq altında qalmasını göstərib. Sərmayə çıxışı, Rusiyanın borclu şirkətlərinin beynəlxalq bazarlara çıxışının məhdud olması, neftin qiymətinin aşağı düşməsi də qeydin salınmasında öz rolunu oynayıb.

“Moody’s” dan iddia edilir ki, sanksiyalar və Ukraynadakı qarışıqlıq Rusiyadakı böhranı uzun müddət davam etdirəcək. Ölkə iqtisadiyyatı bu il üçün kiçilməsə də, real sektor 2015-ci ilin ortalarına qədər geriləyəcək.

Xəzərxeber

Son xəbərlər
Digər xəbərlər