“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqlərinin dövri araşdırılmasının başa çatdığını elan edib və nəticələrə görə, Azərbaycan Dövlət Neft Şirkətinin baza kredit reytinqi iki pillə yüksəldilərək “B1” səviyyəsində təsdiqlənib.
Baza kredit reytinqi hər hansı bir təcili dövlət dəstəyi istisna olmaqla kredit ödəmə qabiliyyətinin baza səviyyəsini göstərir. Reytinqin iki pillə yüksəldilməsi “Moody’s”in Azərbaycan hökumətinin SOCAR-ın maliyyə çətinliyi vəziyyətində şirkətə dəstək verəcəyi ehtimalını əks etdirir.
Qeyd edək ki, reytinq həmçinin şirkətin dəyişkən neft qiymətlərinə və yerli valyuta məzənnəsinə həssaslığını, uzunmüddətli sabit hasilatı qorumaq qabiliyyətini və böyük ticarət əməliyyatlarını nəzərə alır.
©APA