“Moody’s İnvestors Service” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin uzunmüddətli öhdəliklər reytinqini B2, proqnoz neqativ səviyyəsində saxladı.
Əlavə olaraq bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb – B1(cr) / Not Prime(cr).
Perspektivləri dəyərləndirən “Moody’s” təhlilçiləri bəyan ediblər ki, “Xalq Bank”ın reytinqinin təsdiqlənməsi bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.
Oxu.az