ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar ölkəyə investisiya axınını məhdudlaşdıracaq.”RİA Novosti” agentliyinə istinadən, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Qeyd edək ki, avqust ayının 2-də ABŞ Prezidenti Donald Tramp Rusiya iqtisadiyyatına qarşı sanksiyaların genişləndirilməsi barədə qanun imzalayıb. Qanunda sanskiyalar altında olan bankların maliyyələşdirmə müddətinin 14 gün, neft-qaz sektoru şirkətlərinin isə 60 günə qədər azaldılması nəzərdə tutulur. Xatırladaq ki, əvvəlki sanksiyalarda bu müddətlər müvafiq olaraq 30 və 90 gün təşkil edib.
“Moody’s” yeni sanskiyalarla əlaqədar Rusiyadan kapital axınının yumşaq olacağını, rublun ucuzlaşacağını və inflyasiyanın artacağını proqnozlaşdırır. Agentlik bildirir ki, yeni sanksiyalardan sonra Rusiyanın birbaşa investisiya cəlb etməsi prosesi çətinləşəcək: “Yenə də hesab edirik ki, Rusiya iqtisadiyyatı bu il artacaq. Lakin sanskiayalar iqtisadi artımın dayanılqlığı üçün risk yaradacaq”.