16 C
Baku
Thursday, May 2, 2024

“Moody’s”dən Bank of Baku üçün “müsbət” proqnoz

Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” Azərbaycan bankı “Bank of Baku” ASC-nin (BoB) depozitlər üzrə yerli və xarici valyutada uzunmüddətli reytinqini “B2” səviyyəsində təsdiqləyib.

Banker.az xəbər verir ki, bunu reytinq agentliyinin ötən gün açıqladığı press-relizdə bildirir.

Həmçinin bankın həmin depozitlərinin reytinqini üzrə proqnozu “stabil”dən “müsbət”ə doğru yüksəldib.

Agentlik bankın kredit portfelinin keyfiyyətinin və gəlirliliyinin yaxşılaşdırılmasını, eləcə də növbəti 12-18 ayda bankın müstəqil kredit profilinin gözləniləndən daha da yaxşılaşmasını əks etdirdiyini qeyd edir.

Qeyd edilir ki, Bank of Bankın uzunmüddətli depozit reytinqləri üzrə müsbət proqnoz reytinq agentliyinin “gözləntisini əks etdirir” ki, “bu irəliləyişlərin proqnoz dövrü ərzində davamlı olmasını təmin etmək üçün bank yaxşı mövqedədir”-deyə, bildirilir.

Qiymətləndirmədə, son bir neçə il ərzində BoB yenidən strukturlaşdırılmış köhnə kredit portfelinin bərpası və silinməsi sayəsində problemli kreditlərinin payını “əhəmiyyətli dərəcədə” azalmasına toxunulur. Nəticədə problemli kreditlərin səviyyəsi 2020-ci ilin sonundakı 8%-dən 2022-ci ilin sonuna 2.6%-ə enib.

Problemli kreditlərin əhatə əmsalı 2022-ci ilin sonunda 92%-də güclü olaraq qalıb. “Moody’s” təxmin edir ki, əlverişli iqtisadi mühit və davam edən sürətli kredit portfelinin genişlənməsi fonunda BoB-nin problemli kredit nisbətinin növbəti 12-18 ayda 3-4%-i keçməyəcək.

2022-ci ildə Bankın 40.1 milyon manat xalis gəlir edib, bu da 2021-ci ildəki 6.4 faizlə müqayisədə 5.8 faizlik maddi aktivlər üzrə çox güclü gəlirə çevrilib. Agentlik bu nəticəni əsasən onun “sağlam krediti üzrə xalis faiz gəlirinin güclü artımı” ilə əlaqələndirir.

“Moody’s” növbəti 12-18 ayda ehtiyatların buraxılmasının əhəmiyyətli dərəcədə azalacağını gözləyir ki, bu da təkrarlanan gəlirləri gücləndirməklə balanslaşdırılacaq. Əgər bu nəticəyə bank çatarsa, bu, Moody’s-in 2023-2024-cü illər üzrə ssenarisində maddi aktivlərin güclü gəlirə çevriləcəyi qeyd edilir.


Moody’s credit ratings
Investment grade
Rating Long-term ratings Short-term ratings
Aaa Rated as the highest quality and lowest credit risk. Prime-1
Best ability to repay short-term debt
Aa1 Rated as high quality and very low credit risk.
Aa2
Aa3
A1 Rated as upper-medium grade and low credit risk.
A2 Prime-1/Prime-2
Best ability or high ability to repay short term debt
A3
Baa1 Rated as medium grade, with some speculative elements and moderate credit risk. Prime-2
High ability to repay short term debt
Baa2 Prime-2/Prime-3
High ability or acceptable ability to repay short term debt
Baa3 Prime-3
Acceptable ability to repay short term debt
Speculative grade
Rating Long-term ratings Short-term ratings
Ba1 Judged to have speculative elements and a significant credit risk. Not Prime
Do not fall within any of the prime categories
Ba2
Ba3
B1 Judged as being speculative and a high credit risk.
B2
B3
Caa1 Rated as poor quality and very high credit risk.
Caa2
Caa3
Ca Judged to be highly speculative and with likelihood of being near or in default, but some possibility of recovering principal and interest.
C Rated as the lowest quality, usually in default and low likelihood of recovering principal or interest.

History of Moody’s

Son xəbərlər
 ⁠
Digər xəbərlər