19 C
Baku
Monday, May 20, 2024

“Morgan Stanley” neftin $130-a yüksələcəyini proqnozlaşdırır

Artıq 2022-ci ilin üçüncü rübündə “Brent” markalı neftin bir barelinin dəyəri təqribən 130 dollara qədər yüksələcək.

Banker.az “Vedmosti”yə istinadən xəbər verir ki, bu barədə “Morgan Stanley”nin hesablamalarına istinadən “Bloomberg” agentliyi yazıb.

Bank analitikləri Rusiyada hasilatın 900 min barel azaldığını qeyd edirlər – Ukrayna münaqişəsi fonunda Rusiya xammalının faktiki boykot edilməsindən gözləniləndən tez. “Morgan Stanley” də nüvə sazişi ilə bağlı razılığa gəlmədən danışıqların uzun sürdüyünü əsas gətirərək, İran təchizatı bazarına qayıtmağa daha az optimistdir. Əvvəlki proqnozunda bank neft axınının təxminən 1 milyon barel artacağını gözlədiyini söyləmişdi.

Eyni zamanda “Morgan Stanley” də neftə tələbat artımı proqnozunu 2.7 milyon barelə endirib. Bankın analitikləri qısa müddətdə bazarın qlobal ÜDM dinamikasında mənfi dəyişikliklərə və Çinin koronavirusa qarşı “sıfır tolerantlıq” siyasətinin nəticələrinə qarşı ABŞ-ın strateji neft ehtiyatlarının bazara çıxarılması kimi tədbirlərlə mübarizə aparacağını bildirir.

Beynəlxalq reytinq agentliyi “Moody’s” daha yüksək qiymət artımını proqnozlaşdırıb – bir barel üçün 160 dollar. O şərtlə ki, 2022-ci ildə Avropa İttifaqı (Aİ) Rusiyadan enerji tədarükünə embarqo qoysa.

Son xəbərlər
 ⁠
Digər xəbərlər