10 C
Baku
Thursday, December 12, 2024

“Morgan Stanley”: OPEC ölkələrinin hasilatın miqdarını “dondurmaq” barədə razılığa gəlmələri ehtimalı aşağıdır

ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” bazar payı uğrunda mübarizənin davam etdiyi vaxtda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin istehsalın miqdarını “dondurmaq” barədə razılığa gəlmələrinin hələ ki çox aşağı bir ehtimal olduğu qənaətindədir.

Bankın şərhində bazarın OPEC-ə neftin bankı kimi yanaşdığı və kartelin zəif addımlarla istiqamətləri müəyyənləşdirəcəkmiş kimi davrandığı bildirilir. OPEC-in daha əvvəlki açıqlamaları da nəzərə alınarsa hər hansı bir razılıq əldə olunması hələ ki çox risklidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının enerji nazirinin keçən həftə sentyabrda Əlcəzairdə toplaşacaq böyük neft istehsalçılarının qiymətləri sabitləyəcək bir qərar ala biləcəyinə dair etdiyi şərh neftin qiymətinin son beş ayın ən baha qiymətə satılmasına səbəb olmuşdu. Lakin gözləntilərin zəifləməsi ilə neftin qiyməti bu gün 2 faizdən çox ucuzlaşıb.

“Morgan Stanley”in analitiklərinin qənaətində görə, bazar çox tez “həyəcanlandı” və səudiyyəli nazirin mesajını səhv şərh etdi.

“Səudiyyə Ərəbistanı uzun zamandır ki, bu danışıq dilindən istifadə edir. Nə hərəkət etməyə ehtiyac olduğu istiqamətində bir mesaj verir, nə də müəyyən razılıq əldə olunarsa Səudiyyə Ərəbistanının burada iştirak edəcəyini söyləyir”, – deyə analitiklər bildiriblər.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər