8 C
Baku
Monday, November 18, 2024

“Morgan Stanley”nin CEO-su: ABŞ-da resessiya ehtimalı 50%-dir

ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley”in baş icraçı direktoru (CEO) Ceyms Qorman ABŞ iqtisadiyyatında resessiyası ehtimalının 50% olduğunu bildirib.

Banker.az xəbər verir ki, bankın təşkil etdiyi konfransda ABŞ iqtisadiyyatında resessiya bağlı narahatlıqlara toxunan Qorman “Resesiyaya girməyimiz mümkündür. Sözün açığı, bu ehtimal indi 50/50-yədir” ifadəsini işlədib.

Qorman, ölkə iqtisadiyyatının bu mərhələdə dərin və ya uzun sürən tənəzzülə uğraması ehtimalının olmadığını bildirib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiyanı azalda biləcəyinə əmin olduğunu vurğulayan Qorman prosesin “enişli-yoxuşlu” olacağını deyib. İstehlakçı və korporativ balans hesabatları da daxil olmaqla iqtisadiyyatın əsaslarının yaxşı vəziyyətdə olduğunu qeyd edən Qorman, FED-in faiz dərəcələrini yüksəltmək üçün çox uzun müddət gözlədiyini, resessiya başlayarsa, onlara daha az manevr yeri qoyduğunu qeyd edib.

Qeyd edə ki, ABŞ-da 41 ilin pik həddinə çatan inflyasiya və FED-in aqressiv pul siyasətini sərtləşdirməsi bazarlarda resessiya narahatlıqlarını artırıb. Ölkənin digər aparıcı bankı olan JPMorgan Chase-in baş icraçı direktoru (CEO) Ceymi Daymon da əvvəlki çıxışında iqtisadiyyatın misli görünməmiş bir sıra çətinliklərlə, o cümlədən sərt pul siyasəti və Ukraynadakı müharibə ilə üzləşdiyini demişdi. O investorlara xəbərdarlıq etmişdi ki, iqtisadi “qasırğa”ya hazır olsunlar.

Son xəbərlər
Digər xəbərlər