Moskva Birjasının (MOEX) məlumatına görə, sentyabrın 26-da keçirilən hərracda Moskva birjasının indeksi 11.87% azalıb.
Banker.az xəbər verir ki, indeks 1 841.42 bənd təşkil edib.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərbi əməliyyata başladığını elan etdiyi 24 fevral 2022-ci ildən bəri indeks 1 900 həddindən aşağı düşüb.
Lider şirkətlərin səhmləri: VK (-9.39%), PIK (-8.88%), TCS (-8.64%), Polyus (-7.41%) və Surgutneftegaz (-7.37%).
Dolların bir rubla məzənnəsi 58.16 rubl təşkil edir. Avrodan rubla məzənnəsi – 56.45 rubl
RTS dollar indeksi 12.12% azalaraq 1002.60 bənd olub.
Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Çağırış ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik 300 min rusiyalıya şamil ediləcək.
Həmçinin sentyabrın 23-də Ukrayna ərazisində yaradılan qondarma LXR, DXR, Xerson vilayəti və Zaporojyenin Rusiyanın nəzarətində olan hissəsində regionların Rusiyaya birləşdirilməsi məsələsi ilə bağlı referendumlar başlayıb. Səsvermə sentyabrın 27-dək davam edəcək.