13 C
Baku
Monday, May 6, 2024

Moskva-Tbilisi aviareyslərinin qiymətləri iki dəfə artıb

“Gürcüstan Hava Yolları”nın Moskva və Tiflis arasında birbaşa uçuşlarının qiymətləri iki dəfə artıb.

Bu barədə Gürcüstan aviaşirkətindən məlumat verilib.

“İndi Rusiyada çaxnaşma var, hamı bilet alıb dəyişdirir”, – aviaşirkətdən bildiriblər. Onlar həmçinin qiymətlərin təxminən bir ay əvvəlki qiymətlərlə müqayisədə iki dəfə artdığını (500 dollardan 1000 dollaradək) təsdiqləyiblər.

Aviaşirkət onu da qeyd edib ki, son sutka ərzində qiymətlərdə yenidən ciddi artım baş verə bilər.

Moskvadan Tiflisə uçuş biletləriə gəlincə, aviaşirkətin qeyd etdiyi kimi, “artıq bütün biletlər satılıb”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər