Moskva Türkiyəni Dağlıq Qarabağda atəşkəs rejiminə riayət edilməsində, o cümlədən tərəflərin danışıqlara başlamasında vasitəçi olmağa çağırıb. Banker.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, 10 oktyabr gecəsi on bir saat davam edən məsləhətləşmələrdən sonra Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin “ABŞ və Fransa nümayəndələrinin iştirakı ilə atəşkəsin elan edilməsi barədə razılığa gəldiklərini” xatırladıb.
“Türk tərəfdaşlarımızı bu xətti dəstəkləməyə çağırırıq”, – Lavrov söyləyib.