9 C
Baku
Friday, December 13, 2024

Moskvada iyunun 9-dan elektron icazə sistemi və özünü təcridetmə rejimi ləğv edilir

Moskvada iyunun 9-dan etibarən özünü təcridetmə rejimi, o cümlədən çölə çıxmaq üçün elektron qaydada icazə almaq sistemi ləğv edilir.

Banker.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin öz bloqunda bildirib.

O qeyd edir ki, tətbiq olunan tədbirlər “pandemiyanın qarşısını ala bilib, kütləvi sınaqların keçirilməsini və xəstələrə tibbi yardımın göstərilməsini təmin edib”.

“Artıq bir neçə həftədir ki, yavaş-yavaş pandemiya azalmağa doğru gedir. Faktiki olaraq, Moskva əvvəlki həyat ritminə qayıdır. Bütün əsas məhdudiyyətlər – epidemioloji təhlükəsizliyi qorumaq şərti ilə və sanitariya tədbirləri nəzərə alınmaqla – iyunda aradan qaldırılacaq”, – mer söyləyib.

Son xəbərlər
Digər xəbərlər