9 C
Baku
Friday, December 13, 2024

Motosikletlərə aksiz vergisi müəyyənləşib

Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Gələn il yanvarın 1-dən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0.20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0.40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0.50 manat olacaq.

Eyni zamanda sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 2024-cüil yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunub.

Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsalın 0 dərəcə ilə aksizə cəlb ediləcək.

Son xəbərlər
Digər xəbərlər