13 C
Baku
Friday, April 19, 2024

Mövlud Çavuşoğlu: “Türkiyənin “F-35” və “F-16” qırıcıları ilə bağlı alternativləri var”

“Türkiyəyə “F-35” və “F-16” qırıcıları ilə bağlı məhdudiyyət qoyularsa, alternativlərimiz var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTurk”ə müsahibəsində jurnalistin “F-35” və “F-16” qırıcıları əldə etmək mümkün olmazsa, Rusiyadan döyüş təyyarələri alına bilərmi” sualına cavabında bildirib.

“Türkiyə heç bir zaman çarəsiz qalmayıb. Hazırda müdafiə sahəsində ehtiyacımızın 75 faizini istehsal edirik. Ehtiyac yarandıqda başqa bir ölkə ilə əməkdaşlıq edə bilərik. Alternativlərimiz var. Biz yolumuza davam edirik. Biz öz qırıcılarımızı istehsal edənədək ehtiyaclarımızı başqa mənbələrdən ala bilərik”, – o vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər