Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Bakı şəhəri ərazisində yerləşən “Omaks-3” MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb.
Ümumilikdə, T.Namazov 18 mənzili 31 nəfərə satıb və onlara 568 min manatlıq ziyan dəyib.
©Oxu.az